Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:52
-
Ünvanlı sosial yardım. Qubada bu yardıma əli çatmayanlardan biri də «Qaynar xətt»ə şikayət edən Çarxçı kəndinin sakini Rüstəm Sailovdur. Deməsinə görə, neçə ildir ki, yardım üçün rayon sosial müdafiə mərkəzinə ayaq döyür. Ancaq hər dəfə başqa-başqa bəhanələrlə geri qaytarırlar.

ÇOXSAYLI BƏHANƏLƏRİN ƏN SONUNCUSU....

Şikayətçi:

«Sonuncu bəhanələri də bu oldu ki, mən ata evində yaşayıram, ona görə də ünvanlı sosial yardım ala bilmərəm. Yaxşı, bəs mən harada yaşamalıyam? Çadırda?».

Deyir, ailədə 5 nəfərdirlər – 3 körpə uşaq, həyat yoldaşı və o. Həyat yoldaşı heç yerdə işləmir, özü isə məktəbdə qarovulçudur, aylıq məvacibi də 92 manat:

«Rayonun sosial müdafiə mərkəzində daş atıb başlarını tuturlar ki, ev atamın adına olduğuna görə sosial yardım üçün onun adından müraciət olunmalıdır, sənədlər onun adından yığılmalıdır. Ailə tərkibi haqqında arayışda hamımızın adı göstərilməlidir. Çünki yaxşı bilirlər ki, atam gözdən əlildir, təqaüd alır, anam da təqaüd alır, bacım və qardaşım iş qabiliyyətlidirlər. Bundan başqa, atamın öz təsərrüfatı, torpağı var, bütün bunlara görə onlara ünvanlı sosial yardım düşmür. Halbuki, mən ayrıca ailə təsərrüfatı olmağım barədə kənd icra nümayəndəliyindən arayış təqdim etmişəm. Yəni, bir evdə yaşasaq da, mənim ailəm o ailədən ayrıdır».

«MƏNƏ YARDIM VERƏCƏKSİNİZ, YA YOX?»

Sonuncu dəfə rayon sosial müdafiə mərkəzində olanda, Rüstəm Sailova konkret bildiriblər ki, ona ünvanlı sosial yardım verməyəcəklər:

«Elə yerdə yaşayırıq ki, oralara heç da avtobus işləmir. Kənddən rayon mərkəzinə UAZ-la gedib gəlirik. Ayın ən azı 15 gününü rayon mərkəzinə - sosial müdafiə mərkəzinə gedirəm. Hər dəfə də 5 manat o tərəfə, 5 manat bu tərəfə verirəm. Sonuncu dəfə hövsələdən çıxdım, dedim, nə qədər sənəd təzələmək olar? Birdəfəlik deyin, mənə yardım verəcəksiniz, yoxsa yox? Dedilər, yox. Daha gəlmə. Mən bu yaxınlarda həyat yoldaşımın əməliyyat olunması üçün məcburiyyət qarşısında qalıb bankdan 3 min manat kredit götürmüşəm. Rahat şəkildə «gəlmə» deyənlər görəsən mənim kimi acların vəziyyətini nə vaxt anlayacaqlar? 92 manatla ikisi məktəbli olan 3 uşaq saxlayım, xəstəyə dərman alım, ailəni azuqəylə təmin edim, yoxsa banka kredit qaytarım?».

HƏR BİR AİLƏ AYRICA TƏSƏRRÜFATDIR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial yardımların təşkili sektorunun müdiri Orxan İskəndərov:

«Gileylənənlər o adamlardır ki, onlara ünvanlı sosial yardım düşmür. Gəlir, sənədlərini təqdim edir, komissiya araşdırır ki, bu adamın əmlakı var və sair, ona ünvanlı sosial yardım təyin edilmir».

Ancaq o, yenə də şikayətin araşdırılmasına ehtiyac olduğunu bildirib. Bunun üçün Rüstəm Sailov nazirliyə rəsmi məktubla müraciət etməlidir.

Hüquqşünas Namizəd Səfərov deyir ki, bir ünvanda neçə ailənin yaşamasından asılı olmayaraq, bu ailələrin hər biri ayrıca ailə təsərrüfatı hesab olunur.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

Hazırda texniki profilaktika aparılır. Şərh yaza bilməzsiniz. Bir neçə dəqiqədən sonra cəhd edin.

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG