Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:11
Keçmiş Pakistan prezident Parviz Musharraf daha 2 həftə həbsdə qalacaq.
Prokuror Çodxri Zülfiqar (Chaudhry Zulfiqar) bildirib ki, Ravalpindi məhkəməsi onun mayın 14-dək ev dustaqlığında qalması barədə qərar qəbul edib.

Musharraf hakimiyyətdə olarkən 2007-ci ildə qətlə yetirilmiş keçmiş baş nazir Benazir Bhuttonun təhlükəsizliyini təmin edə bilməməkdə ittiham olunur.
Bundan başqa o həmin il yüksək rütbəli hakimləri buraxmaq və ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etməkdə ittiham olunur.

4 il idi ki, könüllü mühacirətdə yaşayan Pervez Musharraf mayın 11-də keçirilən parlament seçkisində iştirak etmək üçün bu günlərdə vətənə dönüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG