Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:19

Zaur Qurbanlı ev dustaqlığına buraxılmadı


-
Aprelin 30-da Nəsimi Rayon Məhkəməsində NİDA vətəndaş hərəkatının həbsdə olan üzvü Zaur Qurbanlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Prosesə hakim Şahin Abdullayev sədrlik edib. .
Bu barədə Zaur Qurbanlının vəkili Xalid Bağırov məlumat verib:
“Məhkəmədə müstəntiq dedi ki, Zaur Qurbanlının həbsdə saxlanmasının əsasları aradan qalxmayıb. Ona görə də o həbsdə qalmalıdır. Bu əsaslandırma isə qanun pozuntusudur. Onlar 155-ci maddəyə istinad edirdilər. Lakin həmin maddədə qəti-imkan tədbiri qeyd olunub. Ev dustaqlığı da qəti-imkan tədbiri sayılır. Lakin onlar bunu izah etmirlər və deyirlər ki, yalnız həbsdə qalmalıdır” .
NİDA Vətəndaş Hərəkatının 7 üzvü – Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşad Həsənov şərlənərək həbs olunub. İctimaiyyət gənclərin həbsini haqsızlıq kimi qiymətləndirir. Beynəlxalq “Amnesty İnternational” təşkilatı gəncləri vicdan məhbusu elan edib. / Elitar.az

Günün bütün mövzuları

XS
SM
MD
LG