Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:51
-
Aprelin 30-da Reportyorların Azadlığı və Təhlükəsizliyinin (RATİ) əməkdaşı Mehman Hüseynov Baş Prokurorluğun Ağir Cinayətlər üzrə istintaq İdarəsinə çağrılıb.

Jurnalist AzadlıqRadiosuna açıqlamasında bildirib ki, ona telefonla zəng edib idarəyə çağırıblar:

«Mənə rəsmi çağırış gəlməyib. Sadəcə telefonla zəng edib NİDA-çıların cinayət işi ilə bağlı çağırdıqlarını dedilər. Səhər saat 11-də vəkilim Rəşid Hacılı ilə ifadə verməyə gedəcəkdim. Müstəntiq zəng edib bildirdi ki, vəkil Rəşid Hacılı başqa NİDA-çı gənci müdafiə etdiyinə görə, məni müdafiə edə bilməz».

Mehman Hüseynovun sözlərinə görə, sabah vəkil Elçin Sadıqovla istintaq idarəsinə gedəcək.

Jurnalist deyir ki, onun istintaq idarəsinə çağırılması peşə fəaliyyətinə təzyiqdir.

Mehman Hüseynov, 2012-ci ildə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunub. Bir neçə saat Səbail rayon Polis İdarəsinə ifadə saxlandıqdan sonra Səbael Rayon məhkəməsinin qərarıyla şərti azadlığa buraxılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirmişdi ki, 2012-ci il mayın 21-də İctimai Palata BŞİH binası qarşısında razılaşdırılmamış aksiya keçirərkən Mehman Hüseynov polis əməkdaşlarına qarşı müqavimət göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG