Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:23

Səsvermə günü ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir


Səsvermə günü bayram günlərinə düşərsə onun vaxtı dəyişdirilməlidir. Seçki Məcəlləsinin 8-ci maddəsinə təklif edilən yeni dəyişiklikdə belə tövsiyə olunur. Bundan başqa Seçki Məcəlləsinin daha 2 maddəsinə də dəyişiklik təklif olunur. Həmin dəyişikliklərdə seçilmiş bələdiyyələrin səlahiyyət müddəti və təkrar seçkilərlə bağlı məsələlər yer alıb.

Təkliflərin müzakirəsi zamanı deputat İqbal Ağazadə seçkilərin səsverməyə 60 gün qalmış elan edilməsinə etirazını bildirdi:

«Biz təklif etmişik ki, seçki səsverməyə 90 gün qalmış elan olunsun. Mən müxalifət adından bunu təklif etmişdim. Deyirlər bəzi ölkələrdə 23 gün qalmış olur. Amma bu o ölkələrdə mümkün olur ki, orda seçki təbliğatı zamanı tərəflər televiziyada çıxış edirlər. Biz Sumqayıtda bu günlərdə görüş keçirdik, bir polis gəldi ki, burda tədbir keçirmək olmaz. Nə bir izah verir, nə bir şey, deyir elə mən deyən kimi olmalıdır. Belə şəraitdə 23 gündə nə edə bilərik».

Hazırkı seçki qanunvericiliyinə görə, seçkilər (referendum) səsvermə gününə 60 gün qalmış elan edilir.

YAP-çı deputat Siyavuş Novruzov isə bildirdi ki, seçki kiminsə özünü tanıtması üçün deyil. Bu seçki məntəqələrinin yaradılması və s. məsələlər həll edilməlidir.
XS
SM
MD
LG