Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:08
-

Gəncədə - Sədi küçəsindəki 31 saylı binanın 14-cü mənzilində 2 yaşlı Zərxara üçün gözü yolda qalanlar var. Babası Asif Əsgərov «Qaynar xətt»ə aprelin 13-dən bu günədək uşağa görə ailədə davam edən gərginliyin səbəblərindən danışır:

«Qızım Gülnarə Həsənova həyat yoldaşı Asif Həsənovdan boşanıb. Məhkəmə Asif Həsənova 2 yaşlı nəvəm Zərxara ilə həftənin iki günü – şənbə və bazar günlərində, hər dəfə 2 saat müddətinə olmaqla görüşmək imkanı verib. Aprelin 13-də Asif Həsənov Zərxaranı gəzməyə aparmaq adı ilə götürüb gedib. Ancaq həmin vaxtdan heç birindən xəbər-ətər yoxdur».

Asif Əsgərovun sözlərinə görə, polis uşağın və atasının yerini müəyyənləşdirmək həvəsində deyil:

«Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vurmuşuq, qızım Kəpəz rayon Polis Şöbəsinə də ərizə ilə müraciət edib. Gəncə elə də böyük yer deyil ki, iki nəfəri axtarıb tapmaq bu qədər müşkülə çevrilsin. Oğlanın ailəsi ilə danışmışıq, deyirlər bizim də oğlandan xəbərimiz yoxdur».

AKT DA TƏQDİM ETDİK, YENƏ AXTARILMIR...

Şikayətçi deyir ki, Kəpəz rayon Polis Şöbəsindən onlara əvvəl bildirilib ki, ata ilə azyaşlının axtarışını həyata keçirməyə ixtiyarları çatmır:

Orxan Mansurzadə

Orxan Mansurzadə

«Dedilər, gərək məhkəmə icraçılarından akt gətirəsiniz, ondan sonra axtarışa verə bilərik. Akt da təqdim etdik, yenə axtarılmır».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə «Qaynar xətt»ə bildirib ki, azyaşlı ilə atasının yoxa çıxması barədə polisə müraciət uşağın ailə üzvləri tərəfindən yox, Kəpəz rayon Məhkəməsindən olub:

«Məhkəmə həmin şəxsin axtarışa verilməsi ilə bağlı qərar çıxararaq, Kəpəz rayon polis şöbəsinə göndərib. Polis azyaşlı ilə atanın axtarışı üçün lazımi tədbirlər həyata keçirir».

Hüquqşünas Namizəd Səfərov deyir ki, belə hallar baş verdikdə məhkəmə atanın azyaşlı övladı ilə görüşməsinə qanunla xitam verə bilər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG