Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:39

Abituriyentlərin ərizə qəbulu davam edir


Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan bölməsi üzrə 39098, rus bölməsi üzrə isə 5534 abituriyent ərizəsini təsdiqləyib.

Abituriyentlər elektron ərizələrini mayın 17-dək təsdiq etməlidir.

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olmaq istəyən bütün abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə müvafiq təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirirlər.

Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə mayın 17-dək müvafiq SQK-da təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG