Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:12

M. Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib


Mehriban Əliyeva

Mehriban Əliyeva

-

Aprelin 30-da spiker Oqtay Əsədov bildirdi ki, mayın 7-də Milli Məclis amnistiya məsələsinə baxacaq. Layihədə amnistiyanın 9 min məhbusa şamil olunması tövsiyə edilir.

MEHRİBAN ƏLİYEVADAN AMNİSTİYA TƏKLİFİ

Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə (MM) müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin aprelin 30-da keçirilən iclasında komitə sədri Əli Hüseynli məlumat verib.

Ə. Hüseynli Amnistiya Aktının MM-də tezliklə müzakirə olunacağını, növbəti Amnistiya Aktının qəbul olunacağını deyib.

M. Əliyeva amnistiya təşəbbüsü ilə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə çıxış edib.

Sonuncu dəfə Amnistiya Aktı 2009-cu il Novruz Bayramı ərəfəsində imzalanıb, amnistiya təqribən 9 min şəxsə şamil olunub, 1700-dək məhkum azadlığa çıxıb. Həmin vaxt da bu təşəbbüs M. Əliyevadan gəlib.

Birinci xanım 2007-ci ildə də isə«Amnistiya Aktı haqqında» qanun layihəsini Milli Məclisə təqdim edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG