Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:35
-

«MİLYARDERLƏR İTTİFAQI» AZƏRBAYCANLI GƏNCLƏRİ MOSKVAYA YIĞDI

«Yeni Müsavat» baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun gəncləri Moskvaya topladığını yazır. Qəzet bunu «Milyarderlər İttifaqı» rəhbərindən Bakını narahat edəcək addım adlandırır.

Qəzet yazır ki, «baş nazirin sabiq 1-ci müavini «hakimiyyətə iddiam yoxdur» bəyanatı verib, ancaq azərbaycanlı gəncləri ölkənin gələcəyi naminə birləşməyə çağırıb və Qarabağ məsələsindən danışıb. Onun çıxışında Azərbaycanın indiki hakimiyyətini dəstəkləyən heç bir mesaj yoxdur».

RAMİZ MEHDİYEV İRANA NİYƏ GEDİB?

«Bizim yol» qəzeti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfərinin pərdəarxası məqamlarından yazır. Qəzetə görə, «Ramiz Mehdiyevin İran rəhbərliyi ilə məğzi açıqlanmayan görüşləri şübhəsiz ki, Elmar Məmmədyarovun İsrail səfərindən sonra daha da gərginləşən münasibətləri qaydaya salmaq cəhdidir. Dəvətin İrandan gəlməsi və Azərbaycanın yüksək rütbəli rəsmisinin dərhal Tehrana yollanması hər iki tərəf üçün ortada aydınlaşdırılmalı olan sualların çoxluğundan xəbər verir».

RAMİZ MEHDİYEVİN İRANDA BAYRAQSIZ DANIŞIQLARI

Ramiz Mehdiyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri Səid Cəlili ilə görüşüb

Ramiz Mehdiyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri Səid Cəlili ilə görüşüb

«Azadlıq» qəzeti də Ramiz Mehdiyevin İran səfərindən yazır. Qəzet Ramiz Mehdiyevin İran rəsmiləri ilə görüşlərində Azərbaycan bayrağı olmadan danışıqlar aparmasına diqqət çəkir.

Qəzet yazır ki, «hakimiyyət əlindəki çoxlu pula arxayın olaraq, içindən çıxa bilmədiyi situasiyalar yaradır».

İRANIN BİLƏRƏKDƏN ATDIĞI ADDIM

«Exo» qəzeti isə İranın Azərbaycanla münasibətlərdə bilərəkdən təzyiqləri artırdığını yazır. Qəzetə görə, bununla İran tərəfi ölkəsindəki problemlərdən əhalinin diqqətini yayındırmaq istəyir.

AZƏRBAYCANIN «FİTCH RATİNGS»İ

«Azərbaycan» qəzeti yazır ki, «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın sabit proqnozlu reytinqini təsdiq edib

«Azərbaycan üçün uzunmüddətli reytinq sabit proqnozla «BBB-» səviyyəsində, qısamüddətli reytinq F3 səviyyəsində, ölkə reytinqinin yuxarı həddi isə «BBB-» səviyyəsində təsdiq edilmişdir.

Reytinqlər üzrə sabit proqnoz aşağıdakı amilləri əks etdirir: Azərbaycanın dövlət balansı reytinq üzrə oxşar dövlətlər arasında ən güclü balanslardan biridir. 2013-cü ildə real ÜDM-nin 3,5 faiz, 2014-cü ildə isə 4,5 faiz artacağı gözlənilir. Dövlət xərclərinin artması 2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunda təxminən 10 faiz artıma nail olmağa stimul yaradacaqdır».

«AZƏRBAYCANDA FUTBOLA OLAN QAYĞI, BİZDƏ OLSA...»

«Sizi inandırım ki, Azərbaycanda futbola olan qayğı, maddi-texniki baza bizdə olsa, indikindən on dəfə artıq nəticə qazana bilərik».

Bu sözləri «Futbol+» qəzetinə müsahibəsində «Qəbələ» futbol klubunun baş məşqçisinin sabiq köməkçisi, gürcüstanlı futbolçu Badri Kvaratsxeliya deyib.
Qəbələdə olarkən uşaq futbolunu izlədiyini deyən gürcüstanlı futbolçu Azərbaycan futbolunun gələcəyi barədə optimist olduğunu deyib:

«Bu gedişlə yaxın illərdə güclü futbolçularınız olacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG