Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:57

Pulların üstündəki şair şəkilləri narazılıq yaratdı


50 şekellik əskinasın üzərində şair Şaul Çernixovskinin şəkli yer alıb.
50 şekellik əskinasın üzərində şair Şaul Çernixovskinin şəkli yer alıb.
-

İsraildə üstündə şairlərin şəkilləri olan yeni əskinaslar yəhudi icmaları arasına inciklik salıb.

Sefard icmasında (Qərbi Avropadan olanlar, İspaniyadan Türkiyəyə, Yunanıstana köçənlər) narazılıq yaranıb ki, əskinaslarda yalnız aşkenaz icmasını (Rusiya, Mərkəzi və Şərqi Avropadan olanlar) təmsil edən yazarlara yer tapılıb.

İsrail hökumətinin təsdiq etdiyi yeni dizayna görə, 50 şekellik əskinasın üzərində şair Şaul Çernixovskinin, 200 şekellik əskinasın üzərindəsə şair Natan Altermanın şəkilləri, şeirlərindən parçalar yer alıb.

Yeni 20 və 100 şekellik əskinasların dizaynı hələ təsdiqlənməyib. Onların təqdimatı gələn il olacaq. Amma məlumdur ki, onların üzərində şairə Lea Qoldberq və Raxel Blevşteynin şəkilləri olacaq.

Sefardların ultra-radikal ŞAS partiyasının nümayəndəsi Arye Deri bildirib ki, əskinasların dizaynını yaradanlar ədalətsizlik ediblər. O, əskinaslarda sefardlarla yanaşı daha bir yəhudi icmasının - mizraximlərin (Yaxın Şərqdən və Şimali Afrikadan olanlar) də şairinin yer almasına çağırıb. "Mizraximlərin şəkli o əskinasları dəyərdən salmazdı" - deyə o vurğulayıb.

İndiyəcən İsrail əskinasları üzərinə sefardlardan yalnız orta əsr alimi Musa ibn Maymunun (Maymonidin) şəkli yerləşdirilib.

İsrailin baş naziri Benyamin Netanyahu sefardların tənqidini ədalətli saymasa da, hökumətə növbəti dəfə əskinasların üzərinə sefard icmasını təmsil edən şairlərin də şəklinin yerləşdirilməsini tövsiyə edib. Məsələn, Yəhuda Haləvinin şəklinin. İsrail Bankında isə sefardların tənqidini qəbul etmirlər. Bankdan deyiblər ki, Haləvinin yalnız xəyali şəkilləri mövcuddur, orta məktəb proqramında yer alan ən görkəmli yazarlar arasındasa mizraximləri təmsil edən şairlər yoxdur.

RİA Novosti və Qolos Rossii-yə istinadla oxuzali.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG