Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:42

Atletico (Madrid) futbolçuları Bakıya gəlib


«Azərbaycan mənim öz vətənimdir. Burda isti qarşılanmağıma sevinirəm. Biz bir millət iki dövlətik”. Bu sözləri İspaniyanın “Atletico” (Madrid) klubunda oynayan türkiyəli futbolçu Arda Turan mətbuat konfransında bildirib.

Atletico aprelin 30-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanın futbol ulduzları ilə yoldaşlıq oyunu keçirəcək.

“Atletico”-nun baş məşqçisi Dieqo Simeone isə bildirib ki, yoldaşlıq görüşü olmasına baxmayaraq, onlar əsl oyun nümayiş etdirəcəklər.

Türkiyə mətbuatı isə yazıb ki, “Atletico” komandasının nümayəndə heyəti Azərbaycan prezidenti ilə görüşüb. Arda Turanın dövlət başçısına arxasında “İlham Aliyev” yazılmış 10 nömrəli “Atletiko” forması hədiyyə etdiyi bildirilir.

Aprelin 29-da Bakıya gələn Atletico futbolçuları şəhəri gəzməyə çıxıblar və ilk getdikləri yer Bayraq Meydanı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG