Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:42
-

"Əgər mən pis adamamsa, övladıma nə dəxli var? Mən bir övladın toyunda çıxış eləmişəm, bəli, dəvət almışam və bir azərbaycanlının toyunda iştiak etmişəm. Dünyanın heç bir ölkəsində belə şey yoxdur".


Azərbaycanın xalq artisti, son günlər ölkə gündəmində əsas müzakirə mövzusu olan simalaradan biri Nazpəri Dostəliyevayla söhbət (ixtisarla)


- Azərbaycan o mənada kiçik ölkədir ki, burada hamı bir-birini yaxşı tanıyır. Sanki şou-biznesdə “dedovşina” hökm sürürdü. İlhamə Quliyevanın qarşısına heç kim çıxmaq istəmirdi. O, istədiyi adama titullar verir, istəmədiyini şöhrətindən məhrum edirdi. Siz elə bil bu düzəni pozdunuz bir qədər...

- Ona qarşı biz iki nəfər idik. Məleykə Əsədova oturdu, amma mən oturmadım. Niyə görə oturmalıyam? Bunu nümayiş üçün etmədim, öz haqqımı tələb etdim. İstəmirəm bu mövzu davam etsin. Camaatı yormaq istəmirəm, onları bir də mövzuya qaytarıb uzunçuluq etmək istəmirəm. İstər məni, istərsə də onu sevənlərə bu məsələni uzunçuluğa aparmaq heç nə verməyəcək. İstəyirsiz başdan ayağa qədər hamısını danışım, amma buna ehtiyac yoxdur. Bu mövzunu dayandırmaq istəyirəm. Bu insana dəyməz. Yenə də deyirəm, güclü rəqib olsaydı hara desəydiz gedərdim. O, ancaq pafoslu çıxışlar, yalanlar, böhtanları ilə hədə-qorxu gəlməyi, hay- həşir salmağı, qışqırmağı bacarır. Vəssalam!

- Siz əlbəttə ki, məsələni ictimai rəy baxımından həll elədiz. Amma məsələnin texniki tərəfinin harada qaldığını bilmək istəyirəm.

- Bu artıq maraqsız mövzudur. Hesab edirəm ki, bunu uzatmamaq lazımdır.

- Yəni hər şey bitdi də?

- Artıq hər şey bitdi. Sizcə, qalib kim oldu? Əlbəttə, Nazpəri Dostəliyeva, başqa cür ola da bilməz. Çünki, haq-ədalət biz tərəfdədir. Nə istəyir eləsin, yenə də mən qalib olacam.

- Mən elə bilirdim ki, verdiyiniz açıqlamaları sizin yerinizə kimsə yazır. Çünki çox sərrast qoyulurdu məsələ.

- Sözsüz ki, hər kəs öz işini görür. Mənim öz ağlım var, dərrakəm var, uşaq deyiləm ki, yerimə kimsə danışsın. Sizi qınamıram, müğənnilərin efirdə özlərini məntiqsiz boş söhbətləri ilə o qədər bədbəxt edib ki... Beş barmağın beşi də bir deyil ki.

- Siz şou-biznesdəki məlum qalmaqalın ardından daha bir addım atdız. Əslində bu şişirdiləsi bir şey deyil. Amma cəmiyyətdə şok effekti yaratdı. Sizin İsa Qəmbərin oğlunun toyunda oxumanızı nəzərdə tuturam… Kim dəvət etmişdi sizi toya?

- Sözsüz ki, məni ora İsa Qəmbər dəvət etmişdi.

- Heç mən bilmirdim İsa Qəmbər sizin dinləyiciniz olub.

- O, mənim böyük pərəstişkarım olub. Hələ 10-15 il əvvəl İsa Qəmbərə söz vermişdim ki, İlkinin toyunda iştirak edəcəm. Bunu bəziləri şişirtdilər. Burda bir qəbahət görmürəm. İncəsənət xalqa məxsusdur. Biz sənət adamlarıyıq. Biz xalqımızın hər nümayəndəsinin toy mərasimində xüsusilə övlad toyunda olmalıyıq. Övlad bir ana üçün ən zəif nöqtədir. Əgər mən pis adamamsa, övladıma nə dəxli var? Mən bir övladın toyunda çıxış eləmişəm, bəli, dəvət almışam və bir azərbaycanlının toyunda iştiak etmişəm. Dünyanın heç bir ölkəsində belə şey yoxdur.

- İndi biz Azərbaycandayıq da burdakı vəziyyət isə elədir ki, indi sizi bəlli qütblər topa tutublar.

- O toyda millət vəkilləri, başqa müğənnilərimiz, iqtidara daha yaxın olan adamlar var idi. İkinci məqam isə əgər mən bu toya getməməli idimsə, onda bu toy olmayardı da, niyə oldu ki? Mən müğənniyəm və verdiyim sözün ağasıyam.

- İndi hər gün bir xəbər yayılır ki, filan televiziyada sizə qadağa qoyublar.

- Ümumiyyətlə, ölkəsini, prezidentini sevən adam yaltaq, ikiüzlü olmamalıdır. Bir şeyə əminəm ki, mənə efirdə embarqo qoyulubsa, bu yaltaq adamların işidir, dövlətin bundan xəbəri yoxdur. Çünki bu iş deyil. Kimlərsə bundan istifadə eləyib yarınmaq istəyirlər, bu şansdan istifadə edirlər. Ömür boyu dövlətimizin istər kasıb, istər varlısı adamı olsun, mən xalqımızın uşağından tutmuş böyüyünədək ürəkdən, öz balamın toyunda çıxış etdiyim kimi iştirak etmişəm. Mən həmişə toyda oluram.

- Tutaq ki, hansısa kanal sizə qadağa qoysa, bu sizi narahat edir?

- Yox, əlbəttə, məni niyə narahat etsin? Olmaram oxuyan, olaram başqa işin sahibi. Amma əqidəmi heç vaxt pozmaram.

- Potensialınızı başqa sahədə görürsüz?

- Bəli, amma söhbəti başqa yerə yönləndirməyək. Mən dövlətim tərəfdən mükafatlandırılmışam. Heydər Əliyevin imzası altında əməkdar artist, İlham Əliyevin imzası ilə xalq artisti adını almışam. Mən bu xalqın sənətkarıyam, yenə də deyirəm. Bir mövqeyim var, bir üzlüyəm. Məni heç kim heç yerə yönəldə bilməz, sadəcə olaraq bir üzlü adamam. Bir mövqeyin sahibiyəm, sözümün ağasıyam. Sözü verdimsə, o sözün arxasındayam.

- Bu jestləriniz sizi Zeynəb Xanlarovaya bənzətdi.

- Zeynəb xanım canlı əfsanəmizdir. Ona oxşamaq isə mənimçün fəxrdir.

- Biz əksər hallarda müğənniləri ancaq toy məsələsi müzakirə olunanda yada düşən görürük. Onlar başqa vaxtı ortada olmurlar.

- Orası elədir. Amma söhbət yaradıcı insandan gedir. Toy insanın maddi durumu üçündür. Bu gün pulun yoxdursa, sən kimsən?

- Yeri gəlmişəkn İlkinin toyunda pulla oxuduz?

- Yox, pulsuz oxudum. Toyu başqa adam aparırıdı, mən qonaq kimi bir neçə mahnı oxudum.

Qafqazinfo

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG