Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:42

“Hərb və sülh”də təsvir edilən bina təhlükədə


Moskva - "Volkonskilərin evi"

Moskva - "Volkonskilərin evi"

-

Rusiyada 100-dən çox mədəniyyət xadimi, alim Moskva meri Sergey Soblyaninə açıq məktubla müraciət edib.

Onlar Moskvanın Vozdvijenka küçəsindəki “Volkonskilərin evi”nin tarixi simasının qorunmasına çağırırlar.

Həmin binanı dahi rus yazıçısı Lev Tolstoy özünün ölməz “Hərb və sülh” romanında “knyaz Volkonskinin evi” kimi təsvir edib.

Müraciətə imza atanlar arasında yazıçılar Boris Akunin, Dmitri Bıkov, Andrey Bitov, Lüdmila Ulitskaya, Yevgeni Yevtuşenko və başqaları da var.

Məktubda deyilir ki, “Мосгосстройнадзор”un binanın yenidənqurulması üçün verdiyi lisenziyanı əlində bəhanə edən "Центр развития межличностных коммуникаций" Səhmdar Cəmiyyəti mart ayından ağır çəkiclərlə binanın fasadında işlər aparmağa başlayıb və binanın tarixi simasını dəyişdirərək əlavə iki mərtəbə tikməkdədir.

Sözügedən bina Lev Tolstoyun ana babası Nikolay Volkonskiyə məxsus olub. Tolstoy dəfələrlə orada olub və “Anna Karenina”nın əsas qəhrəmanlardan olan Kitti Şerbatskayanın prototipi - Praskovya Şerbatskaya ilə orada tanış olub.

Bundan qabaq Rusiyanın İctimai Palata Şurası da tarixi binada yenidənqurma işlərinin dayandırılması üçün merə müraciət etmişdi.

4 minə yaxın moskvalı isə eyni xahişlə prezident Putinə müraciət ünvanlamışdı.

"RİA Novosti"yə istinadla oxuzali.az

Günün bütün mövzuları

XS
SM
MD
LG