Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 13:14

Netanyahu deyir ki, İran "qırmızı xətti" hələ keçməyib


İsrailin baş naziri Netanyahu deyib ki, İran nüvə proqramında “qırmızı xətti” keçməyib.
Sentyabr ayında Netanyahu BMT-də karton bomba üzərində qırmızı xətt çəkərək əyani olaraq göstərmişdi ki, İran nə vaxt bomba düzəldə bilər. Bu “qırmızı xətt” bombaya kifayət edəcək miqdarda 20 faiz zənginləşdirilmiş uran idi. Netanyahu deyirdi ki, İran bu həddə, bu miqdara 2013-cü ilin ortalarında çatacaq.

Keçən həftə İsrailin hərbi kəşfiyyatının keçmiş rəisi Amos Yadin isə dedi ki, İran “qırmızı xətti” keçib.

Ad çəkməsə də bu bəyanata işarə edən Netanyahu deyib ki, İran “qırmızı xətti” keçməyib, ancaq sistemli şəkildə buna yaxınlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG