Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:35

Avropa Birliyi arılara ziyanlı pestisidləri qadağan edəcək


Avropa Komissiyası arılara ziyanlı pestisidləri müvəqqəti qadağan edəcək. Bu qadağan iki illiyə qoyulacaq.

Avropa Birliyi belə pestisidləri ümumiyyətlə qadağan etmək istəyirdi, ancaq üzv dövlətlər ümumi razılığa gələ bilmədi.

Avropa Birliyinin 27 ölkəsindən 15-i belə qadağana tərəfdardır. Qalan ölkələr isə dərman şirkətlərinin və fermerlərin bu qadağanın əleyhinə olmasına istinad edirlər.

Bunların fikrincə, arılara ziyanlı pestisidlər araşdırması
tam deyil.

Dünyada ərzaq istehsalında arılar müstəsna rol oynayır.
Həşəratların tozlandırdığı bitkilərin 80 faizini məhz arılar tozlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG