Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:54

Misir Mərdanov institut direktoru oldu


Keçmiş təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutuna direktor təyin edilib.

Bu barədə APA-ya AMEA vitse-prezidenti Akif Hacıyev bildirib.

M. Mərdanov kollektivə aprelin 29-da təqdim olunub. Onu kollektivə AMEA prezidenti Akif Əlizadə təqdim edib.

M. Mərdanov prezident İlham Əliyevin aprelin 19-da verdiyi sərəncamla təhsil naziri vəzifəsindən azad edilib.
XS
SM
MD
LG