Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:03

İctimai Palatanın Naxçıvan şöbəsi müxalifətin birləşməsini istəyir


Arxiv foto

Arxiv foto

-

İctimai Palatanın Naxçıvan şöbəsinin aprelin 29-da keçirdiyi yığıncağında müxalifətin Milli Şura yaratmaq məsələsi müzakirə olunub.

Şöbənin Koordinasiya Şurasının üzvü İlqar Nəsibov deyir ki, yığıncaq iştirakçıları öz çıxışlarında Milli Şuranın yaranmasını müxalifətin birləşməsi üçün şans kimi dəyərləndiriblər:

«Dəyişiklik ünün daha geniş birliyə ehtiyac var. Bu baxımdan biz Milli Şura ideyasını dəstəkləyirik. Bu ideya daha geniş təbəqənin birləşməsini nəzərdə tutur. Belə olan halda vahid namizəd məsələsi də öz həllini rahat tapa bilər».

Yığıncaqda həmçinin Naxçıvanda İbrahim İbrahimliyə hücumun araşdırılması, jurnalistlərə və hüquq müdafiəçilərinə edilən təzyiqlərə dərhal son qoyulması tələb olunub.
XS
SM
MD
LG