Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:14

Praqanın mərkəzində partlayış olub [Fotolar]


Partlayış olan ərazidən görüntü
Partlayış olan ərazidən görüntü
Praqa Təcili Yardım Xidmətinin direktoru Zdenek Schwarz deyib ki, Praqa partlayışında zərərçəkənlərin hamısının yarası yüngüldür, yalnız bir nəfər ağır xəsarət alıb.

***
Çexiya polisinin məlumatına görə, Praqadakı partlayışda zərərçəkənlərin sayı 40 nəfərdir. Polis qaz partlayan binanın içində hələ də adamların qala bilməsini də istisna etmir.

***
Polisin ehtimalına görə, Praqanın mərkəzindəki partlayışa səbəb qazdır. Bunu Reuters xəbər verir.

Partlayış Praqa Milli Teatrının bir neçə metrliyində baş verib. Partlayış o qədər güclü olub ki, Reutersin müxbirinin xəbər verdiyinə görə, partlayışın səsi hadisə yerindən 1,5 km aralı olan Praqa Qəsrində aydın eşidilirmiş.

Partlayış olan binada 15 nəfər olub. Bu binada Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının ofisi və şəkil qalereyası yerləşir.

Partlayışdan yaxınlıqdakı binaların, o cümlədən məşhur Slavia kafesinin pəncərələri dağılıb.

Praqanın Fövqəladə Xidmətinin sözçüsü Jirina Fikejzova deyib ki, zərərçəkənlərin dəqiq sayı bilinmir.

Yanğındürənlərin dediyinə görə, ölən yoxdur.

***
Aprelin 29-u səhər saatlarında Çex Respublikasının paytaxtı Praqanın mərkəzində partlayış baş verib. Yerli rəsmilər 15-ə yaxın adamın yaralandığını deyirlər.

İlkin ehtimallara görə partlayışa qaz sızması səbəb olub.

Polis araşdırma aparır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG