Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:01
-

Qlobal iqtisadiyyatın dirçəldilməsi məqsədilə həyata keçirilən büdcə xərclərinin azaldılması tədbirləri Avropa və Şimali Amerikada insanların həyatına mənfi təsir göstərir.

Oksford və Stanford Universitetlərində araşdırma aparan siyasi iqtisadçı David Stuckler və tibb üzrə professor Sanjay Basu belə qənaətə gəliblər.

Onların son 10 ildə apardıqları araşdırmanın nəticəsi aprelin 29-da açıqlanıb.

Araşdırmaçıların gəldiyi qənaət budur ki, büdcə xərclərinin azaldılması intihar, depressiya və yoluxucu xəstəliklərə gətirib çıxarır.

Üstəlik, iqtisadi tənəzzül tibbi xidmətə, dava-dərmana çıxışı da məhdudlaşdırır.

YUNANISTANDA MİNLƏRLƏ ADAMIN İXTİSARI GÖZLƏNİLİR

Bu arada, ötən gün Yunanıstan parlamenti gələn ilin sonuna kimi 15.500 adamı işsiz qoyacaq qanun layihəsini qəbul edib. Sənədə əsasən, artıq gələn ayın sonunda 2 min nəfər işsiz qalacaq.

Bu ixtisarlar dərinləşən kəskin büdcə defisitinin qarşısını almağa yönəlib.

Yunanıstan hökuməti bu layihəni Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun kreditorları ilə razılaşdırılıb. Afina onlardan 8 milyard avrodan artıq yeni yardım paketi almaq niyyətindədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG