Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:03

Hacıqabul-Bəhrəmtəpə yolunda hərəkət 16 gün müddətinə məhdudlaşdırılır


Biləsuvar-Bəhramtəpə magistralı

Biləsuvar-Bəhramtəpə magistralı

-

Aprelin 29-dan etibarən Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunda hərəkət 16 gün müddətinə tam məhdudlaşdırılıb. Bu, asfalt-beton örtüyün salınması ilə əlaqədardır. Yolun 10-cu km-dən 40-cı km-nə qədər olan hissədə hərəkət dayandırılıb.

Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, sözügedən istiqamətdə hərəkət edən vətəndaşlar alternativ yol kimi Sabirabad-Surra-Padar, Kür körpüsündən keçməklə Sabirabad-Şirvan və digər yollardan istifadə edə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG