Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:04
Roma meri Gianni Alemanno bu gün hökumətin andiçmə mərasimi zamanı şəhərdə baş verən atışmanın terror aktı olmadığını deyir.
Həmçinin yeni daxili işlər naziri Angelo Alfano jurnalistlərə açıqlamasında bunun adi insident olduğunu deyib.
Amma o şəhərdə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini deyib.

Atəş açanın işsiz şəhər sakini olduğu və onun saxlandığı bildirilir.
O bu gün hökumət evinin qarşısında atəş açaraq 2 polis və ətrafdan ötən bir nəfəri yaralayıb.

Bu gün İtaliyada baş nazir Enrico Letta hökumətinin andiçmə mərasimi olub və gələn həftə parlamentdə yeni hökumətə etimad səsverməsi gözlənilir.

Lettanın yaratdığı koalision hökumətə sol və sağmərkəzçi partiyalar, o cümlədən keçmiş baş nazir Silvio Berlusconinin “Xalq azadlığı” partiyaları daxildir.
Berluskoninin özü nazir olmasa da partiyanın katibi Angelino Alfano, baş nazir müavini və daxili işlər naziri olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG