Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:57

«Atletiko» Madrid Bakıya gəlir


-
Aprelin 30-da «Bakı» futbol klubu və «Atletiko» Madrid klubları arasında yoldaşlıq görüşü keçiriləcək.
«Bakı» futbol klubunun rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir ki, qarşılaşma iki klub arasında imzalanan əməkdaşlıq çərçivəsində baş tutacaq.
«Bakı» futbol klubunun bu oyunla bağlı hazırladığı reklam çarxında «Atletiko» Madridin futbolçularının fikirləri də yer alıb. Falkao, Cholo Simeone, Filipe Luis, İnsua və başqaları Bakını salamlayır, Arda Turan «Bakıya gəlmək üçün səbirsizlənirik» deyir.
Oyun saat 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
«Bakı» futbol klubunun fəxri prezidenti nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG