Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:34
İtaliyada baş nazir Enrico Letta hökumətinin andiçmə mərasimi olub və gələn həftə parlamentdə yeni hökumətə etimadla bağlı səsvermə gözlənilir.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, mərasim vaxtı baş nazirin ofisi qarşısında atışma olub və nəticədə 2 polis əməkdaşı yaralanıb.
Amma insidentin mərasimlə bağlı olub-olmaması hələlik bəlli deyil.

Lettanın yaratdığı koalision hökumətə sol və sağmərkəzçi partiyalar, o cümlədən keçmiş baş nazir Silvio Berlusconinin “Xalq azadlığı” partiyaları daxildir.

Berluskoninin özü nazir olmasa da partiyanın katibi Angelino Alfano, baş nazir müavini və daxili işlər naziri olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG