Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:57

Bakıda təhsil sərgisi keçirilir


-
Aprelin 28-də “Hilton” otelində Türkiyənin 30-a yaxın universitet və kolleclərinin təhsil sərgisi davam edir.
Sərgiyə giriş ödənişsizdir.
Tələbələrə təhsil imkanları, yataqxanalar və onları maraqlandıran digər məsələlər barədə ətraflı məlumat verilir. Türkiyə universitetlərində pulsuz təhsil imkanları haqqında da təqdimatlar keçirilir.
Sərgidə Bahçeşehir Universiteti, Aydın Universiteti, Atatürk Universiteti, Orta Doğu Texniki Universiteti (ODTÜ), Akdeniz Universiteti və digər ali təhsil ocaqları təmsil olunurlar. Sərgi saat 12:00-18:00-a kimi davam edir.
“Akademi Group” şirkəti tərəfindən təşkil olunan sərgi aprelin 27-dən açılıb.
Sərgidə Azərbaycanın Təhsil Nazirliyi, Türkiyə səfirliyi və bu ölkənin təhsil müşavirliyinin təmsilçiləri də iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG