Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:56
Ukrayna prezidenti yanındakı əfv komissiyası keçmiş baş nazir Yuliia Timoshenkonu əfv etməkdən imtina edib.

Komissiya hesab edir ki, ona qarşı qaldırılmış cinayət işləri ilə bağlı istintaq hələ ki, yekunlaşmayıb.
Amma Timoshenkonun vəkili Aleksandr Plakhotnik bildirib ki, yekun qərar prezident Viktor Yanukovychdən aslıdır.

Yuliia Timoshenko hazırda səlahiyyətlərini aşma ittihamı ilə 7 illik həbs cəzası çəkir.

Bu ilin yanvarında isə ona qarşı yeni ittiham irəli sürlülüb.
Bir çox Avropa Birliyi ölkələri və hüquq müdafiəçiləri məsələnin siyasi motivli olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG