Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:15

Prezident Bakıda sürüşdürmə prosesini izlədi


-
Prezident İlham Əliyev aprelin 27-də paytaxtın «Qış parkı» adlanan istirahət kompleksində tikinti işləri ilə tanış olub.

Bu barədə AzərTAc məlumat yayıb.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, yeni salınan bu kompleks şəhər daxilində ən böyük parkdır. Ərazisi 7 hektar olan parkın 20 min kvadratmetrlik sahəsinə qranit və keramik plitələr döşənib.

İşlərin 90 faizinin görüldüyünü deyən Hacıbala Abutalıbov parkda 2000-ə yaxın ağac, 10 mindən çox bəzək kolu, çoxlu sayda gül və çiçəyin əkiləcəyini, ərazinin bütünlüklə yaşıl otlarla örtüləcəyini qeyd edib.

Prezident Füzuli küçəsindəki 39 nömrəli binanın sürüşdürülmə yolu ilə köçürülmə prosesi ilə də tanış olub. İcra başçısı aprelin 23-də başlanan işin aprelin 27-si axşam saatlarında başa çatacağını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG