Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:15

«Naxçıvanda kartofçuluq üzrə Dövlət Proqramı regionun inkişafını təmin edir…»


Foto: Arxiv
Foto: Arxiv

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq Qapısı» - 26 aprel 2013.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi uğurları xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə ən böyük töhfədir

...Ulu öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə bu istiqamətdə çox böyük işlərin əsası qoyulmuşdur. İqtisadiyyatın bütün sahələrində insanlar üçün sağlam fəaliyyət mühitinin yaradılması amilinə yer verən dahi rəhbər Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi 1991-1993-cü illərdə məhz yeni iqtisadi şərait üçün zəruri olan addımlar atmışdır. Bu dövrdə bir çox siyasi uğurlarla birlikdə, iqtisadi nailiyyətlərin də əsası qoyulmuşdur.

...Ulu öndərimizlə başlanan uğurlu dövlətçilik və inkişaf siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi, xüsusən də 2004-2008-ci illəri əhatə etməklə birinci mərhələdə, 2009-2013-cü illəri əhatə etməklə ikinci mərhələdə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə yoxsulluğun həddi 6 faizə enmişdir.

...«Naxçıvan Muxtar Res¬publi¬kasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı»nın, «2008-¬2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın, «2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı»nın qəbul olunması regionun hərtərəfli inkişafını təmin etmişdir.

Bütün bunların nəticəsində muxtar respublikamızda yaradılmış əlverişli, sağlam və dayanıqlı iqtisadi mühit hər birimizin gündəlik həyatında özünü göstərməkdədir.

Heydər Əliyev Muzeyində növbəti açıq dərs

...Bu gün Azərbaycanın qazandığı uğurlar dünyanın diqqət mərkəzindədir. Ölkə Prezidenti cənab İlham Əliyevin yeritdiyi daxili və xarici siyasət xətti demokratik inkişaf prinsiplərinin tələblərinə, insan hüquqlarının qorunmasına tam təminat verir. Ümummilli lider Heydər Əliyevin yolu ilə gedən doğma Azərbaycanımızın hər günü sosial-iqtisadi həyatda əldə olunmuş mühüm dəyişikliklərlə yadda qalır.

Ulu öndərin quruculuq xətti muxtar respublikamızda da uğurla davam etdirilir. Bu gün diyarımızda genişmiqyaslı quruculuq, abadlıq işləri aparılır, yeni emal, sənaye müəssisələri istifadəyə verilir, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yaxşılaşdırılır. Böyük öndərin miras qoyub getdiyi siyasi xətt, ideologiya o qədər bəşəri, o qədər yaşarıdır ki, artıq Azərbaycan xalqının taleyində əvəz edilməyəcək bir ictimai düstura çevrilmişdir. Elə Heydər Əliyev böyüklüyü, Heydər Əliyev dühasının təntənəsi də məhz bundadır. Onun göstərdiyi yol alternativsizdir. Nə qədər ki müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var, ulu öndərimiz Heydər Əliyev də var olacaqdır.
Sonda liseyin şagirdləri muzeyin eksponatları ilə tanış olmuşlar.
XS
SM
MD
LG