Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:31

«Azadlıq» qəzetinin əməkdaşının kamerası əlindən alınıb


«Azadlıq» qəzeti

«Azadlıq» qəzeti

-
«Azadlıq» qəzetinin müxbiri Xaliq Qarayev nəqliyyat müfəttişlərinin təzyiqlərinə məruz qaldığını bildirir.

Müxbirin AzadlıqRadiosuna dediyinə görə, hadisə aprelin 27-si saat 12:00 radələrində metronun «20 Yanvar» stansiyası qarşısında baş verib:

«Mən işə gəlirdim. «20 Yanvar»da gördüm ki, «07» markalı avtomobilin sürücüsünü iki mülkigeyimli və bir nəfər nəqliyyat müfəttişi hədələyir. O da deyirdi ki, heç olmasa, pulumu qaytarın. Vəsiqəmi göstərib təzyiqlərə məruz qalan taksi sürücüsündən nə baş verdiyini soruşdum və onu çəkməyə başladım. Bu zaman sürücüyə təzyiq edənlər mənə hücum etdilər. Kameramı əlimdən aldılar. Həmin vaxt əməkdaşımız Seymur Həziyevə zəng vurdum, o da gəldi, ona qarşı da zor işlədilər. Kameranı hələ də qaytarmayıblar».

Xalid Qarayev deyir ki, hadisə ilə əlaqədar Nəqliyyat Nazirliyinə və nəqliyyat departamentinə etdikləri müraciətə indiyə qədər cavab ala bilməyiblər.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə çoxsaylı müraciətlər etsək də, baş verən hadisəyə hər hansı münasibət öyrənə bilmədik.

Media Hüquqları İnstitutu jurnalistlə təzyiqlərə pisləyir və əlaqədar qurumları qanunsuzluq edənləri cəzalandırmağa çağırır. İnstitutun məlumatına görə, 2012-13-cü illərdə jurnalistlərə qarşı 50-dən artıq basqı qeydə alınıb, jurnalistlərə təzyiq edənlər hələ də cəzalandırılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG