Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:34
Əfqanıstan talibləri xarici qoşunların mövqeləri də daxil olmaqla yaz hücumuna başlandığını bəyan ediblər.

Bu gün yayılan bəyanatda əsas hədəflərin hərbi qarnizonlar, hava bazaları və diplomatik nümayəndəliklər olacağı bildirilir.
Taliban yerli sakinləri rəsmi tədbirlərə qatılmamağa, polis və ordu sıralarına qoşulmamağa çağırıb.

Qeyd edək ki, Əfqanıstandakı beynəlxalq qüvvələr 2014-cü ilin sonunadək ölkəni tərk etməli və daxili təhlükəsizliyə görə cavabdehlik tam yerli qüvvələrə keçməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG