Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:49

Seul işçilərini Şimali Koreyadakı azad sənaye zonasından çıxarır


Foto arxiv

Foto arxiv

Cənubi Koreya işçilərini Şimali Koreya ərazisindəki azad sənaye zonasından çıxarmaqda davam edir.

Bu gün daha 11 işçi vətəninə dönüb.
Gün ərzində sərhəddi 118 nəfər keçməlidir.
Şimalda qalan son 48 nəfər isə bazar ertəsi vətəninə dönəcək.

“Keson” ticarət zonasında 53 min Şimali Korteya vətəndaşı çalışırdı.

Pxenyan BMT-nin ona qarşı sanksiyaları və ABŞ-la Cənubi Koreyanın regionda keçirdiyi birgə hərbi təlimlərə cavab olaraq bu günlərdə Cənubi Koreya ilə sülh razılaşmasından çıxdığını və onunla müharibə vıziyyətində olduğunu bəyan edib.

O həmçinin iki ölkə arasındakı azad ticarət zonasını bağlayıb.
Bu zonada 100-dən çox Cənubi Koreya şirkəti çalışırdı.
Bu şirkətlər 2004-2011-ci illər arası 1 milyard 700 milyon dollarlıq müxtəlif məhsullar istehsal edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG