Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:33

Elin Süleymanov beynəlxalq aləmi Qarabağ probleminin həllinə fəal qoşulmağa çağırır


Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın “The Hill” qəzetində çıxan yazısında təklif edir ki, beynəlxalq ictimaiyyət Qarabağ probleminin həllinə daha yaxından cəlb olunsun.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İsrailə səfərinə, İsrail-Fələstin münaqişəsinə toxunan Elin Süleymanov Amerika ictimaiyyətinə xatırladır ki, Azərbaycan da münaqişədən zərər çəkib, 1 milyon qaçqın və köçkünü var.
O yazır ki, Azərbaycanda bu adamlara ev tikilib-verilir. Ancaq bu onların öz doğma evlərini əvəz edə bilməz.

Qarabağ probleminin həllində, qaçqın-köçkünlərin öz evlərinə qayıtmasında Azərbaycanın vasitəçilərə, beynəlxalq qurumlara indiyədək inandığını deyən səfir yazır ki, Azərbaycan beynəlxalq sınaqlara sinə gərməkdə beynəlxalq aləmə fəal şəkildə öz payını verir, əvəzində beynəlxalq aləmdən xahiş edir ki, beynəlxalq aləm də Qarabağ probleminin həllində daha fəal olsun.

Səfir yazır ki, münaqişəni uğurlu həll etmək üçün beynəlxalq aləm həm də tələsməlidir, Azərbaycan bu konfliktin xroniki olmasını istəmir.

Elin Süleymanov ABŞ-ı isə yüksək vəzifəli , nüfuzlu vasitəçi təyin etməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG