Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:26

PKK terrorçuları Türkiyədən hara gedir?


PKK silahlı qanadının rəhbəri Murat Karayilan aprelin 25-də Kandildəki mətbuat konfransında
PKK silahlı qanadının rəhbəri Murat Karayilan aprelin 25-də Kandildəki mətbuat konfransında
-
PKK TÜRKİYƏDƏN ÇIXIR


PKK terrorçuları may ayının 8-dən başlayaraq Türkiyə sərhədlərini tərk edəcəklər. Daha öncə həbsdəki PKK lideri Abdulla Öcalanın Novruz bayramı zamanı səsləndirdiyi bir tələbə uyğun olaraq aprelin 25-də İraqdakı kürd yaraqlılarının rəhbəri Murat Karayılan planı açıqlayıb.
Kandildə beynəlxalq media qurumlarının nümayəndələrinin də qatıldığı mətbuat konfransında Karayılan Türkiyədən çıxmaq üçün planını açıqlayıb. Amma nə qədər çəkəcəyini deməyib.


TÜRKİYƏDƏN ÇIXAN PKK-çılar HARA YERLƏŞİR?

Türkiyə Silahlı Qüvvələri və PKK-nın verdiyi məlumatlara görə, hazırda Türkiyənin cənub Şərq əyalətlərində ümumilkdə 2 min civarında kürd yaraqlısı var. Onlar plana əsasən Şimali İraqdakı əncədən bəlirlənən düşərgələrə köçürüləcəklər. Bütünlükdə çəkilmə prosesi 3 aya qədər davam edəcək.
PKK yaraqlılarının rəhbəri Karayılan ümumilikdə bu prosesə və sonunda formalaşacaq qüvvələrə qarşı təxribatlar yaşanmaması üçün İraq və Türkiyə hökumətlərinə də müraciət edib. PKK xəbərdarlıq edib ki, əgər kürd yaraqlılarına qarşı hər hansı hücum olarsa bu zaman atəşkəs ləğv ediləcək və misilləmə cavab veriləcək.


TÜRKİYƏDƏ PKK İLƏ DANIŞIQLARA ETİRAZ EDƏNLƏR

Türkiyənin özündə PKK-nın son elan elədiyi plana qarşı çıxanlar da var. müxalifətdəki Mİlliyətçi Hərəkat və Cümhuriyyət Halk Partiyalarinin rəsmiləri PKK-nın terrorçu təşkilat olduğu, danışıqların ancaq onları tanıtdığını, planın işə yaramayacağını, yarasa belə, Türkiyənin parçalanması ilə nəticələnəcəyinə inanırlar.


ERDOGAN NİYƏ PKK İLƏ SÜLH İSTƏYİR?

Londondakı Kral yanında Beynəlxalq Araşdırmalar İnstitutu kimi fəaliyyət göstərən Chatam House-un Yaxın Şərq eksperti Fadi Hakura deyir ki, əslində Türkiyə rəhbərliyinin, iqtidardakı AKP-nin (Ədalət və İnkişaf Partiyasının) burada başqa məqsədləri də ola bilər.

“Baş nazir Erdogan Türkiyədə prezident üsul idarəsinin tətbiqini – Fransa və Rusiyada olduğu kimi, hakimiyyətin parlament və baş nazirdən prezidentə ötürülməsini istəyir. Bundan ötrü isə referendum və ya səsvermə vaxtı onun partiyasına başqa bir müxalifət partiyasının də dəstəyi lazımdır. Əgər Erdogan PKK ilə sülhə nail olarsa bu planlarından ötrü kürd meylli partiyalar və seçicilərin səsini də qazana bilər”.


PKK NƏ İSTƏYİR?

Ancaq PKK liderlərindən Murat Karayılan konfransdan sonra jurnalistlərlə söhbətində sülh-barış prosesi üçün növbəti mərhələlərdə demokratik federativ dövlət ifadələrindən çox istifadə edib.
Karayılan hətta İraqış Şimalındakı Kürd Muxtariyyətinin müstəqilliyini də dəstəkləmədiklərini, millət dövlətə qarşı olduqlarını, əksinə İran, Türkiyə, Suriya və İraqa səpələnən kürdlərin haqlarının təminatı üçün mövcud sərhədlər daxilində federativ muxtariyyətlər yolunu dəstəklədiklərini bildirib.


QƏRB MEDİASI NƏ YAZIR?

PKK-nın son bəyanatıyla bağlı Qərb mediası o qədər də ümidli deyil. Nyu-York Tayms qəzeti tərəflərin sülh üçün verdiyi sözləri tutub-tutmayacağını şübhə altına alır. Və bildirir ki, PKK silahları təhvil verməyi qəbul etmədiyi üçün istənilən vaxt bu proses tərsinə dönə bilər.


PKK VƏ AKP

PKK 1984-cü ildən Türkiyə dövlətinə qarşı silahlı mübarizə elan edib və o vaxtdan bu yana keçirilən terror hücumları və cavab zərbələrində ümumilikdə 40 000-dən çox Türkiyə vətəndaşı həlak olub. Türkiyədə Erdogan hakimiyyətə gələndən, öncə 2009-cu ildə Universitetlərdə, 2012-ci ildən isə orta məktəblərdə Kürd dilində təhsil hüququ verilib.


SÜLH PLANI

Ortalarda dolaşan plana görə, 3 mərhələləri planın ilk mərhələsində PKK silahları yerə qoymalıdır. 2-ci mərhələdə Türkiyədə Konstitusiyanın dəyişdirilməsi nəzərdə tutulur. Əsas məsələ «türk xalqı» ifadəsinin «Türkiyə xalqı» ifadəsi ilə əvəzlənməsi; bütün etnik, milli azlıqların hüquqlarının tanınmasıdır. Sonuncu 3-cü mərhələdə isə yaraqlıların həbsdən buraxılması, yenidən cəmiyyətə qayıtması, kürdlərin yaşadıqları ərazidə iqtisadi imkanların artırılması, iş yerlərinin və məktəblərin açılmasıdır və ən sonda, bölgələrdəki real hakimiyyət imkanlarının yerli bələdiyyələrə ötürülməsidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG