-
İsmayıllı hadisələrinə görə həbs olunan Müsavat başqanının müavini, «Yeni Müsavat» qəzetinin əməkdaşı Tofiq Yaqubluya aprelin 26-da əlavə ittiham irəli sürülüb.
Bunu AzadlıqRadiosuna vəkil Akif Əlizadə deyib.
Tofiq Yaqubluya qarşı irəli sürülən 233-cü maddə üzrə ittihama xitam verilib. Ona Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Vəkil bunun daha ağır ittiham olduğunu deyir:
«Bu, daha ağır ittihamdır. Çünki 233-cü maddə ictimai qaydanın pozulması hərəkətlərində iştirakı nəzərdə tuturdusa, 220.1-ci maddə kütləvi zorakılığın törədilməsi ittihamıdır. Bu maddə dörd ildən on iki ilədək həbs nəzərdə tutur».
Akif Əlizadə Tofiq Yaqublunun artıq yeni ittiham üzrə dindirildiyini deyir:
«O, bütün bunları inkar etdi, hər hansı kütləvi iğtişaşda, ictimai qaydanı pozan hərəkətlərdə iştirak etmədiyini söylədi. Ona verilən bütün ittihamlar saxtadır. O, ittihamın əksini sübut edən ifadə verdi».
Tofiq Yaqublu ilə eyni vaxtda və eyni maddələrlə həbs edilən REAL Hərəkatının sədri İlqar Məmmədova qarşı hələ ki yeni ittiham irəli sürülməyib. Amma onun vəkili Fuad Ağayev bunu istisna etmir:
«Mənə bir gün əvvəl müstəntiq zəng etmişdi ki, yeni istintaq hərəkəti var. Dedim ki gəlməyə vaxtım yoxdur və bundan sonra məsələ gələn həftəyə saxlandı. İstisna etmirəm, yəqin ki ona qarşı da belə bir addım atılacaq».