Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:41

Tofiq Yaqubluya daha ağır ittiham irəli sürülür


İsmayıllı hadisələrinə görə həbs olunan Müsavat başqanının müavini, “Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqubluya aprelin 26-da əlavə ittiham irəli sürülüb. Bunu AzadlıqRadiosuna vəkil Akif Əlizadə deyib.

Onun dediyinə görə, Tofiq Yaqubluya qarşı irəli sürülən 233-cü maddə üzrə ittihama xitam verilib və ona Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb”.

“Bu, daha ağır ittihamdır. Bu maddə dörd ildən on iki ilədək həbs nəzərdə tutur”.

Akif Əlizadə Tofiq Yaqublunun yeni ittiham üzrə dindirildiyini deyir.

“O, bütün bunları inkar etdi, hər hansı kütləvi iğtişaşda, ictimai qaydanı pozan hərəkətlərdə iştirak etmədiyini söylədi. Ona verilən bütün ittihamlar saxtadır. O, ittihamın əksini sübut edən ifadə verdi”.
XS
SM
MD
LG