Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:26

Təhsil nazirliyi medianın suallarına 2 gün ərzində cavab verəcək


Təhsil Nazirliyi jurnalistlərin müraciətinə ən geci iki günə cavab verəcək.

Aprelin 26-da bu barədə nazirliyin internet saytında məlumat verilib.

Məlumatda qeyd olunur ki, həftəiçi mediayadan nazirliyə daxil olan bütün müraciətlərə 24-48 saat ərzində araşdırılıb cavablandırılacaq.

“Təhsil Nazirliyi KİV-lə daha səmərəli münasibətlərin qurulması üçün yeni siyasət formalaşdırır. Bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edəcək. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarını artıracaq. Odur ki, media təmsilçilərindən yeni əməkdaşlıq siyasəti formalaşdırılana qədər Təhsil Nazirliyinə edilən müraciətlərin yazılı olaraq göndərilməsi xahiş olunur”.

Müraciətlər Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin press@edu.gov.az elektron poçt ünvanına və ya 012-496-37-76 nömrəli faksına göndərilə bilər.
XS
SM
MD
LG