Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:12

Milli Elmlər Akademiyasında ixtisarlar olacaq


-
“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin indiki strukturu bu gün üçün yararlı deyil. Bu strukturda xeyli sayda şişirtmələrə yol verilib. O strukturun çox hissəsini ləğv edib, yeni şöbələr yaradacağıq”.
Bu fikirləri APA-ya müsahibəsində AMEA prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı AMEA-nın akademik-katibi Rasim Əliquliyevə tapşırıq verilib: “Yeni yaradılan şöbələrə aktiv alimlər cəlb ediləcək. Rəyasət Heyətindən sonra AMEA-nın institutlarında da ixtisarlar ola bilər”.
Sabiq təhsil naziri Misir Mərdanovun AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru təyin edilməsi haqqında məsələyə gəldikdə Akif Əlizadə bununla bağlı rəsmi təklifin olmadığını bildirib.
Qeyd edək ki, M. Mərdanovun AMEA Mexanika və Riyaziyyat İnstitutuna direktor təyin ediləcəyi barədə bir neçə gün əvvəl sosial şəbəkələrdə məlumat yayılıb.
Hazırda bu institutda direktor yeri boşdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG