Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:06
Moskva yaxınlığında psixiatrik xəstəxanada yanğında 38 xəstə ölüb. Hadisə Mosvka vilayətinin Ramenski qəsəbəsində baş verib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyir: “Yanğın gecə saat 2 ilə 3 arasında başlanıb. Yanğın həyəcanı işə düşüb. Tibb bacısı dərhal reaksiya verib. Təhlükəsizlik xidmətinin postu xəstəxanadan 300 metr məsafədə yerləşir. Onlar dərhal köməyə gəliblər və yanğını söndürməyə çalışıblar”.

Yanğından həmin tibb bacısı və cəmi 2 xəstə salamat çıxa bilib.

Yanğınsöndürənlərin gəlişi isə 20 dəqiqə gecikib. Buna səbəb isə yolun üstündə olan körpünün bağlı olması olub. Körpünü isə suyun qalxmağına görə bağlayıblar.

Yanğının səbəblərini İstintaq İdarəsi araşdırır. İdarənin sözçüsü İrina Gumennaya deyir: “Bir neçə versiya var. Ya odla ehtiyatsız davranış olub, ya da elektrik xəttində qısa qapanma.”

Rusiya prezidenti Putinin göstərişi ilə yanğında hər bir ölən adamın ailəsinə 16 min dollar, zərərçəkən hər bir adamın ailəsinə isə 4800 dollar məbləğində yardım ediləcək.

İnterfaksın məlumatına görə, xəstələrə yatmazdan əvvəl dərman verildiyinə görə, onlar oyanıb və ya qalxıb yanğından qaça bilməyiblər.

Rusiya ombudsmanı Lukin isə bildirib ki, bu hadisə Rusiyanın psixiatrik xəstəxanalarında daha çox aşkarlığa erhtiyac olduğunu göstərir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG