Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:54

Psixiatrik xəstəxanada yanğında 38 adam ölüb


Moskva yaxınlığında psixiatrik xəstəxanada yanğında 38 xəstə ölüb. Hadisə Mosva vilayətinin Ramenski şəhərciyində baş verib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyir: “Yanğın gecə saat 2 ilə 3 arasında başlanıb. Yanğın həyəcanı işə düşüb. Tibb bacısı dərhal reaksiya verib. Təhlükəsizlik xidmətinin postu xəstəxanadan 300 metr məsafədə yerləşir. Onlar dərhal köməyə gəliblər və yanğını söndürməyə çalışıblar”.

Yanğından həmin tibb bacısı və cəmi 2 xəstə salamat çıxa bilib.

Yanğınsöndürənlərin gəlişi isə 20 dəqiqə gecikib. Buna səbəb isə yolun üstündə olan körpünün bağlı olması olub. Körpünü isə suyun qalxmağına görə bağlayıblar.

Yanğının səbəblərini İstintaq İdarəsi araşdırır. İdarənin sözçüsü İrina Gumennaya deyir: “Bir neçə versiya var. Ya odla ehtiyatsız davranış olub, ya da elektrik xəttində qısa qapanma.”

Rusiya prezidenti Putinin göstərişi ilə yanğında hər bir ölən adamın ailəsinə 16 min dollar, zərərçəkən hər bir adamın ailəsinə isə 4800 dollar məbləğində yardım ediləcək.
XS
SM
MD
LG