Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:08

2 aya 20 min köçkün yeni binalara məskunlaşacaq


“Ötən il ərzində inşa edilən qəsəbələrə 20 mindən çox məcburi köçkünün məskunlaşdırılması prosesi iki aya tam başa çatdırılacaq”.
Bu açıqlamanı jurnalistlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib.

O bildirib ki, Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin yeni yaşayış məntəqələrinə köçürülməsi prosesi yaxın günlərdə başa çatacaq: “Daha sonra 7-ci mikrorayondakı yarımçıq tiklidə yaşayan vətəndaşlarımızın köçürülməsinə başlanılacaq. Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşan soydaşlarımız Masazır qəsəbəsində yeni istifadəyə verilən qəsəbəyə köçürüləcək. Mingəçevir şəhərində yaxınlarda açılışı olan qəsəbəyə də köçürülmə prosesinə start veriləcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG