Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:57

Məhbusların aclığı 9-cu gündür ki, davam edir


Qobsutan həbsxanasındakı ömürlük məhbuslar aclıq aksiyası 9-cu gündür ki, davam edir.

Ömrülük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Müslimət Rzaxanovanın AzadlıqRadiosuna verdiyin məlumata görə, aclığı davam etdirən məhbuslardan Bəxtiyar Cəfərov ağzını tikib:

«16 nəfər məhbus 9-cu gündür aclıq aksiyasını davam etdirir. Onları soyuq, şəraitsiz kameraya salıblar. Hamamdan məhrum olublar, radioya qulaq asa bilmirlər. Evlə telefon əlaqəsinə icazə verilmir. Ombudsman aparatının nümayəndələri baş çəkiblər, amma heç bir şey dəyişməyib. Onlara yazışmaları da qadağan ediblər».

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov aclıq aksiyası keçirən məhbusların 16 deyil, 9 nəfər olduğunu bildirir. Məhbuslardan kiminsə ağzını tikməsini isə təkzib edir:

«Dünən aclığı davam etdirən 9 nəfər idi, onların arasında ağzını tikən yoxdur. Biz onları həkim nəzarətində saxlayırıq ki, hər hansı problem olsa müdaxilə edə bilək. Amma hələki elə bir problem yoxdur».

Aprelin 18-dən aclıq aksiyasına başlayan məhbuslar onlara verilən ömürlük həbs cəzasına yenidən baxılmasını və ömürlük həbsin 15 illik cəza ilə əvəzlənməsi tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG