Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:08

«Rəsmi qurumlar sosial şəbəkələrdə aktiv deyillər» - ViDEO


-

İlham Əliyev Twitt

Facebook-dan birbaşa şərh yaz

Boston terrorundan sonra rəsmilər ictimaiyyətə xəbər ötürmək üçün Twitteri seçdilər.
Artıq hər hansı olay baş verəndə ilkin məlumatlar sosial şəbəkələrdən yayılır. Bəzən yayılan yanlış məlumatlar cəmiyyətdə səs-küyə səbəb olur. Bu məsələ rəsmilərin məlumatları ilk olaraq, sosial şəbəkələrdən yaymasını gündəmə gətirir.
Sosial şəbəkələrdə yayılan qeyri-dəqiq məlumatlar cəmiyyət üçün təhlükə yarada bilərmi? Rəsmilər xəbərləri ilkin olaraq sosial şəbəkələrdən ötürməlidirmi?
Bu suallara cavabı Azadlıq FM-də axtarmışıq.
Bloqqer Hacı Hacıyev:
- İlham Əliyevin Twitter, Facebook hesabı var amma bu profillər interaktiv deyil...
Demək olar ki, İlham Əliyevə yazılan tənqidi şərhlər, yazılar blok edilir və ya silinir. Bu yeni mediadır. Yeni medianın da yeni tələbləri var.
- Prezident başda olmaqla, Azərbaycan rəsmiləri yeni mediadan Sovet mediası kimi istifadə edir...
- Demək olar ki, insanlar internetdən gələn informasiyalara daha çox inanırlar.
- Ənənəvi medianı nəzarətdə saxlamaq, siyasi məqsədlər üçün istifadə etmək daha asandır.
- Rəsmi qurumlar ancaq deyirlər, danışırlar... Amma eşitmirlər...
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə:
- Təmsil olunduğum nazirlik hər zaman media ilə ünsiyyətdə olub. Mətbuatı maraqlandıran məlumatları onlara vermişik.
TQDK mətbuat katibi Elnur Nağızadə:
- İki ilə yaxındır, həm Facebook-da, həm də Twitter-də də hesabımız var. Çalışırıq yaydığımız məlumatları sosial şəbəkələrdə yayaq.
- Bizim sosial şəbəkələrdə müzakirə etmək, təklif vermək imkanı da var.
- Sosial şəbəkələr həm də fiziki şikayətlərin sayını azaldır.
Yeni media eksperti Səbinə Vaqifqızı:
- Sosial şəbəkələr insanlara yaxın ünsiyyət deməkdir
- Hər hansı məlumat varsa onu tez sosial şəbəkələrə çıxarmaq lazımdır.
- Əgər bələdiyyələr, rəsmi qurumlar xalqın problemləriylə maraqlanırlarsa niyə də sosial şəbəkələrdə olmamalıdılar?
XS
SM
MD
LG