Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:46

İraqın Mosul şəhərində daha 19 adam ölüb


Mosulda nümayiş
Mosulda nümayiş
İraqın Mosul şəhərində davam edən toqquşmalarda bu gün azı 10 polis və 9 yaraqlı ölüb.
Dünənki toqquşmalarda isə 30-dan çox adam ölüb.

Sünni yaraqlılar dünəndən şəhərin qərb rayonlarını ələ keçiriblər.
Təhlükəsizlik qüvvələri bu gün bu rayonların əksəriyyətini geri qaytarsa da polis məntəqəsi hələ də yaraqlıların nəzarətindədir.
Onların əlində 5 girov var.

Toqquşma çərşənbə axşamı təhlükəsialik qüvvələri sünni nümayişçilərin qurduğu çadır şəhərciyinə hücum etdikdən sonra başlanıb.

Sünnilər şiə lideri Nuri al Maliki hökumətini ayrı-seçkilik və repressiyalarda günahlandırırlar.
XS
SM
MD
LG