Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:01
Rusiya prezidenti Vladimir Putin illik, canlı yayımlanan çıxışında 85 sualı cavablandırıb.
Onun çıxışı 4 saat 47 dəqiqə sürüb.

Müxalifət liderlərindn biri Aleksei Navalnynın məhkəməsinə gəldikdə prezident prosesin obyektiv keçiriləcəyinə əmin olduğunu bildirib.
O qeyd edib ki, korrupsiyaya qarşı mübarizə aparan insanların özü büllur kimi təmiz olmalıdır.

Müxalifətə gəldikdə isə Putin qeyd edib ki, sistemsiz müxalifət anlayışı yavaş-yavaş aktuallığını itirməlidir.

Böyük Britaniyada müəmmalı şəkildə ölən rusiyalı iş adamı Boris Berezovskyə gəldikdə isə Putin ondan vətənə dönmək xahişi ilə 2 məktub aldığını bildirib.

Boston partlayışlarına gəldikdə isə prezident Rusiya xüsusi xidmətinin Tsarnaev qardaşları barədə ABŞ-a informasiya verə bilməməsindən təəssüf bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG