Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:21

İsmayıllıda həbs olunan şəxslərə əlavə ittihamlar elan olunur


-
İsmayıllı hadisələrinə görə ittiham olunan Səftər Ağamalıyevə qarşı yeni ittiham irəli sürülüb.

İstintaq orqanı ona Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan edib.

Bu haqda AzadlıqRadiosuna Səftər Ağamalıyevin vəkili Nizami Abbasov məlumat verib. Vəkil deyir ki, ittiham əsassızdır:

«Səftər Ağamalıyev 4 aydır həbsdədir. İndiyə qədər ona bir sübut olsun belə təqdim olunmayıb. Elə bil, qisas alırlar. Tamamilə absurd və gülünc maddədir».

Vəkilin dediyinə görə, İsmayıllı hadisələrinə görə ittiham olunan digər şəxslərə də yeni ittiham elan olunacağı gözlənilir.

220.1-ci maddədə 4 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
XS
SM
MD
LG