Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:01

Saakashvili tərəfdarlarının «Fatihəsi»


Georgia -- President Mikheil Saakashvili addresses people during a rally held by United National Movement party supporters in Tbilisi, 19Apr2013

Georgia -- President Mikheil Saakashvili addresses people during a rally held by United National Movement party supporters in Tbilisi, 19Apr2013

-
Anna Loliashvili 10 il əvvəl tələbə olarkən Qızılgül İnqilabı dövründəki az qala bütün mitinqlərə qatılıb. Məhz o mitinqlərlə hakimiyyətə Mikheil Saahashvili gəlmişdi. Ancaq Anna o vaxtdan heç bir aksiyaya qatılmırdı. Ta ki, ötən həftə Tbilisidə Saakashvili tərəfdarlarının – Birləşmiş Milli Hərəkat partiyasının mitinqinə qədər.

Tbilisinin mərkəzində, köhnə parlament binası qarşısında toplanan Saakashvili tərəfdarları partiya kimi hələ ölmədiyini göstərmək istəyirdi. 19 apreldəki mitinqə 10 minə yaxın adam çıxmışdı. Mitinqdə Noyabrda səlahiyyət müddəti bitəcək Saakashvili özü də çıxış elədi.

Amma mitinq iştirakçıları indi 32 yaşlı ana olan Anna Loliashvilini inandıra bilmədi. Odur ki, artıq Milli Hərəkatın bir siyasi gələcəyi olmadığına inanır.

“Onlar bütün imkanları tükədiblər. Adamlar onların hakimiyyət dövründə elədiklərinə hələ də hirslidirlər. İnsanlar ancaq pis şeyləri xatırlayırlar deyə, görülən müsbət işləri görmürlər də”.


SAAKASHVİLİNİN NÜFUZU SÜRƏTLƏ DÜŞÜR

Saakshvilinin liderlik elədiyi hərəkat 10 ilə yaxın Gürcüstana rəhbərlik edib. Ancaq ötən il parlament seçkisində Bidzina İvanishvilinin Gürcü arzusu koalisiyasına uduzandan sonra, qısa müddət ərzində nüfuzunu sürətlə itirməyə başlayıb. Düzdür partiya liderləri, məsələn, partiyanın parlament fraksiyasının rəhbəri David Bakradze hərəkatın ölməsiylə bağlı fikirləri çox şişirdilmiş adlandırır.

Amma Tbilisidəki Sosial Araşdırmalar Mərkəzindən Marina Muskhelishvili deyir ki, Saakshvilinin partiyası da əslində Şevardnadzenin 2003-cü ildə seçkidə uduzmasından sonra onun partiyasının yaşadığını yaşayır. Shevardnadzenin Gürcüstan vətən İttifaqı isə o seçkidən bir müddət sonra dağılmışdı.

“Burda bir qayda olaraq iqtidar partiyası olur və yetərincə güclü olur. Amma hakimiyyətdən gedən kimi də dağılır. Bundan öncəki partiyaların da başına bu gəlmişdi, Mili Hərəkatın da taleyi fərqli olmayacaq”.


SORĞULAR NƏ DEYIR?

Saakshvilinin tərəfdarlarının 19 apreldə keçirdiyi mitinqdən cəmi 3 gün sonra ABŞ Milli Demokratiya İnstitutu siyasi qüvvələrin reytinqləri ilə bağlı ictimai rəy sorğusunun nəticələrini açıqladı.

Sorğuya görə, Gürcüstan vətəndaşlarının ancaq 10 faizi Sakkashvilinin Milli Hərəkatını dəstəkləyir. İvanishvilinin Gürcü Arzusunun tərəfdarlarının sayı isə 60 faizi keçir.

Üstəlik sosial siyasətdən təhlükəsizliyə, iş yerlərindən tutmuş həbsxanalara qədər bir çox məsələlərlə bağlı rəy də öyrənilib. Ayrı-ayrı sahələr üzrə də Saakshvili öz rəqibinə - İvanishviliyə təxminən 40 faizə qədər uduzur.

Hətta Saakashvilinin Rusiya siyasətini ancaq 4 faiz dəstəkləyirsə, İvanishviliyə gəldikdə bu rəqəm 68 faizdir.


HÖKUMƏTIN “BAL AYI”

Vahid Milli Hərəkatın rəsmiləri deyirlər ki, rəqəmlər hələ ki, İvanishvili hökumətinin “bal ayı”nda olduğunu göstərir. Bir müddət keçəndən sonra ictimaiyyət yeni hökumətin əsl üzünü görəndə rəqəmlər də dəyişəcək.

Saakahsvilinin Milli Hərəkatı bu ilin oktyabrındakı prezident seçkisinə qədər vəziyyətin bir az düzələcəyinə, 2014-cü ilin Mayında keçiriləcək bələdiyyə seçkilərinə qədərsə vəziyyətin tərsinə dönəcəyinə ümid edirlər.


SAAKASHVILI NƏYƏ ÜMID EDIR?

Tbilisidəki Qafqaz İnstitunun direktoru Ghia Nodianın fikrincə, əgər o vaxta sağ qalmağı bacarsa, Milli Hərəkat narazıların dəstəyini yenidən toplaya bilər.

“Düzdür, indi onların rəqəmləri çox aşağıdır,. Amma onlar yeganə ciddi müxalifət partiyasıdırlar. Odur ki, ümid edirlər ki, yeni hökumətin bal ayı bitəndən sonra yeganə müxalifət qüvvəsi kimi. Gürcü Arzusu koalisiyasının səhvlərindən daha çox qazanacaqlar. Ötənilki seçkidən bu yana keçən 7 ayda hələ dağılmamaq özü də böyük nailiyyətdir”.

Bir çox ekspertlərin fikrincə, Bidzina İvanishvilinin Gürcü Arzusu hərəkatı çox geniş siyasi spektri əhatə elədiyindən parçalanma ehtimalları böyükdür. Ancaq Gürcü Arzusunun zəifləməyini gözləyən Milli Hərəkatın özünün də daxili problemləri var.

Partiya artıq hakimiyyətdə olduğu vaxt göründüyü kimi bir mərkəzdə birləşməyib. Artıq partiyanın yüksək eşalonlarında yer alan şəxslər – Daxili İşlər Nazirliyinin keçmiş yüksək vəzifəli məmuru Data Akhalaia keçmiş nazir Vano Merabishviliyə qarşı ittihamlarını Facebookda yayıb. O, Merabashvilini oktyabr seçkisindən əvvəl yayılan həbsxanalarda video qalmaqalında ittiham edib. O qalmaqal vaxtı isə Data Akhalaianın qardaşı Bacho Akhalaia ittiham edilmişdi. Cinayət məsuliyyətinə cəlb ediləndən sonra isə ölkədən qaçmışdı. Məhz həmin qalmaqaldan sonra etiraz aksiyaları başlamış və seçkidə Milli Hərəkat uduzmuşdu.


SAAKASHVILI NƏYƏ ARXAYINDIR?

Amma bir fakt var ki, nüfuzu azalsa da, Saakashvilinin Milli Hərəkatının hələ də Gürcüstanda ictimai-siyasi vəziyyətə təsir etmək üçün yetərli rıçaqları qalıb. Saakashvili azı Oktyabra qədər prezidentdir. Tbilisinin meri də bu partiyadandır və 2014-cü ilin mayına qədər paytaxtın iqtisadi imkanlarından partiya üçün istifadə edə bilər. Üstəlik, Milli Hərəkat Gürcüstan mediasının da böyük hissəsinə nəzarət edir, o cümlədən ən populyar Rustavi 2 televiziyasına.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG