Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:38
ABŞ rəsmiləri deyir ki, Mərkəzi Təhqiqat Bürosu Boston partlayışlarında şübhəli bilinən qardaşlardan biri Tamerlan Tsarnaevin adını hələ bu hadisədən 18 ay əvvəl terrorçular siyahısına salıbmış.
Amma büro istintaqdan sonra elə bir şübhəli şey aşkar edilmədiyini bildirib.

Adının çəkilməsini istəməyən rəsminin sözlərinə görə Tamerlan Tsarnaevin adı bu siyahıya Rusiya kəşfiyyat rəsmisinin 2011-ci ildə ABŞ-lı həmkarları ilə əlaqəyə girərək ondan narahatlıq bildirməsindən sonra salınıb.

İndi bu açıqlama yeni suallar doğurur ki, ABŞ hakimiyyəti nəyə görə bu məsələni araşdırmaqda davam etməyib.

Aprelin 15-də Bostonda keçirilən marafon yarışında törədilən 2 partlayışda 3 nəfər ölüb, 260-dan çox adam yaralanıb.

26 yaşlı Tamerlan polislə atışmada ölüb. Onun ələ keçirilmiş 19 yaşlı qardaşı Dzokhar isə ələ keçirilib və kütləvi qırğın silahı işlətməkdə daxil olmaqla ona qarşı terrorçuluqla bağlı rəsmi ittiham irəli sürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG