Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:08

Aleksei Navalny məhkəmədə əsas şahidi sorğu-sual edib


Aleksei Navalny (solda) məhkəmə iclasında, 24 aprel 2013
Aleksei Navalny (solda) məhkəmə iclasında, 24 aprel 2013
-

Rusiyanın kirov şəhərində məşhur anti-korrupsiya bloqqeri Aleksei Navalny-ya qarşı məhkəmə prosesi 3-cü gündür çki, davam edir. Bu prosesdə bloqeerin özü dövlətin 510 000 dollar pulunu mənimsəməkdə ittiham edilir. Həmin ittiham sübut olunsa, Navalny 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Aprelin 25-də keçirilən prosesində Navalny və onun vəkili bu işdə zərərçəkən kimi tanınan Kirovles şirkətinin keçmiş direktoru Vyacheslav Opalev-ı sorğu-suala tutublar. İttihama görə Navalny-nin əməllərinə görə şirkət iflas edib.

Opalev suallara cavabında qeyd edib ki, istintaqa verdiyi ifadələr yaddından çıxıb: “Ancaq mən bir şeyi dədiq xatırlayıram, şirkətin iflasının tək günahkarı Navalny olub”, - deyə keçmiş direktor bildirib.

Opalev məhkəmədə deyib ki, Navalny onu şirkəti iflasa aparan razılaşmalara imza atmağa məcbur edib. Amma istintaqa ifadəsində qeyd edibmiş ki, Navalny ilə birlikdə saxtakarlığa göz yumub.

Keçmiş direktor dünən məhkəmədə həm də deyib ki, ifadələri arasında uyğunsuzluq yorğunluq və stresin nəticəsi ola bilər.

Prokuror Opalev-in istintaqa verdiyi ifadələri üç dəfə məhkəmə zalında oxuyub. Navalny isə deyib ki, əslində Opalev-in istintaqa verdiyi ifadələri də o özü yox, müstəntiqlər yazıblar, o da qol çəkib.

Ötən ilin dekabrında keçirilən məhkəmə zamanı keçmiş direktor Navalny ilə birgə dövlət əməlkanı mənimsəməni etiraf etmiş və buna görə 4 il şərti cəza almışdı.
Dünən işin əkrar istintaqa qaytarılması barədə müdafiə tərəfinin tələblərini rədd edib.

Aleksei Navalny Rusiya prezidenti Vladimir Putinin sərt tənqidçilərindəndir. O, həmçinin prezidentliyə iddialı müxalifət liderlərindən biridir. Navalny bildirib ki, hakmiyyət başına gələrsə, Putin və onun yaxın çevrəsinə qarşı korrupsiya ittihamları ilə məhkəmə qurulacaq.

O, özünə qarşı hazırkı məhkəmə prosesini də siyasi motivli təzyiq adlandırır.
XS
SM
MD
LG