Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:36

Putin 4 saat 47 dəqiqə ərzində 85 suala cavab verib


Vladimir Putin
Vladimir Putin

-
Rusiya prezidenti Vladimir Putin 4 saat 47 dəqiqə sürən canlı çıxışında ümumilikdə 85 sualı cavablandırıb.

Müxalifət liderləri Aleksei Navalnynın məhkəməsinə gəldikdə prezident prosesin obyektiv keçiriləcəyinə əmin olduğunu bildirib.
O qeyd edib ki, korrupsiyaya qarşı mübarizə aparan insanların özü büllur kimi təmiz olmalıdır.

Ümumilikdə müxalifətə gəldikdə isə Putin qeyd edib ki, sistemsiz müxalifət anlayışı yavaş-yavaş aktuallığını itirməlidir.

Boston partlayışlarına gəldikdə isə prezident Rusiya xüsusi xidmətinin Tsarnaev qardaşları barədə ABŞ-a lazımi informasiya verə bilməməsindən təəssüf bildirib.

Putin ölkədəki həbslər barədə:

“Heç kim heç kimi hansısa siyasi baxımdan qəsdən barmaqlıqlar arasında gizlətmir.
Məhkəmələrdə insanlar siyasi baxışları və ya hərəkətlərinə görə yox , qanunları pozduqlarına görə mühakimə olunurlar”.

Putin QHT-lərə bağlı yeni qanun haqqında:

“Əgər QHT-lərin fəaliyyəti cəmiyyətin yaxşılaşmasına yox, özünü piyar və cəmiyyətə ziyan vurmağa yönəlibsə bu pisdir.
Yox əgər bu fəaliyyət bizim daxili siyasi proseslərin tərkib hissəsi olmağa yönəlibsə və xaricdən maliyyələşirsə bu pis deyil.
Amma biz bu barədə bilməliyik.
Qoy onlar bunu bizə desinlər.
Burda pis nə var ki ? Axı bu cür fəaliyyət qadağan edilməyib”

Putin stalinizmə qaydış haqqında:


“Hesab eləmirəm ki, burda stalinizmin hansısa elementləri var.
Stalinizm şəxsiyyətə pərəstiş, qanunların kütləvi pozulması, repressiyalar, islah düşərgələri ilə bağlıdır.
Hazırda Rusiyada buna bənzər heçnə yoxdur və ümid edirəm ki, heç zaman olmayacaq”
***
Rusiya prezidenti Vladimir Putin birbaşa illik çıxışı gedir.
Çıxış bir neçə televiziya və radio stansiyaları tərəfindən canlı yayımlanır.

Günortaya dək ölkə sakinlərindən prezidentə milyondan artıq zəng və məktub gəlib, ki, bu ölkə əhalisinin 1 faizi deməkdir.
Suallar əsasən sosial sahələri- əməkhaqqı, pensiya, təzminat, uşaq bağçaları, yaşayış səviyyəsi, təhsil və səhiyyə sahələrini əhatə edib.

Eyni zamanda bu il müxalifətin vəziyyəti, xüsusilə müxalifət liderlərindən biri Aleksei Navalnynın taleyi böyük maraq doğurub.

Şəhər və mobil telefonlardan edilən zənglər pulsuzdur.

Bu yaxınlarda Londonda müəmmalı şəkildə ölən rusiyalı oliqarx Boris Berezovskidən məktub alması ilə bağlı suala gəldikdə isə Putin ondan iki məktub aldığını deyib:

"İlk məktubu mən ondan ilin əvvəllərində, deyəsən fevralda, ikinci məktubu isə lap bu yaxınlarda, artıq onun ölümündən sonra almışam, mətnlər eyni idi.
Yazırdı ki, hesab edir ki, çoxlu səhvlərə yol verib, ziyan vurub, bağışlanması və vətənə dönməsinə imkan yaradılmasını xahiş edirdi"

Terrorçuluqla bağlı suala gəldikdə isə Putin bunları deyib:

"Rusiyanın özü beynəlxalq terrorçuluğun qurbanıdır, ilk qurbanlardan biridir.
Bizim qərb tərəfdaşlarımız və bəli, elə sizin qərbdəki kütləvi informasiya vasitələrindən olan həmkarlarınızın bizim ölkədə vəhşicəsinə, qanlı və dəhşətli cinayətlər törədən terrorçuları üsyançı adlandırması və demək olar ki, heç vaxt onları terrorçu saymaması məni hiddətləndirirdi.
Amma indi Boston partlayışlarını törədən iki cinayətkar bizim tezisin doğru olduğunu təsdiqlədi".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG