Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:38
-
Sərhəd qoşunlarının komandanı general-leytenant Elçin Quliyev aprelin 25-də Cəlilabad rayonunun Göytəpə sərhəd dəstəsinin tədris-təlim mərkəzində vətəndaşları qəbul edib.

General mərkəzə helikopterlə gəlib. Şikayətə gələnləri giriş qapısında sərhədçi zabitlər qarşılayırdılar. Qəbula gələn vətəndaşlar verilən sualları müsbət cavablandırdıqdan sonra içəriyə buraxılırdılar.

Giriş qapısında elan edildi ki, jurnalistlər bu tədbirə dəvətli deyillər, qəbula Biləsuvar, Neftçala, İmişli, Cəlilabad rayonlarında qeydiyyatda olanlar düşə bilərlər.

Jurnalistlərdən isə qapıdan uzaqda durmağı xahiş etdilər.

Yüksəkrütbəli zabitlə aparılan danışıq da nəticə vermədi. Qəbuldan çıxanlara verilən suallar da cavabsız qaldı.

«Yeni nəsil» Jurnalistlər Biliyinin nümayəndəsi, «Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov media işçilərinin bu tədbirə buraxılmamasını düzgün saymır. Onun fikrincə, mülkü adamların hərbi hissədə qəbul edilməsi də anlaşılmayandır.
XS
SM
MD
LG