Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:56

Məhkəmə ilahiyyatçı Taleh Bağırovun şikayətini təmin etmədi


Aprelin 25-də Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Taleh Bağırovun şikayətinə baxılıb.

Şikayət Nərimanov Rayon Məhkəməsinin qərarından olub.

Müdafiə tərəfi Nərimanov rayon məhkəməsinə Taleh Bağırovun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında 24 saatdan artıq saxlanmasından, gəzinti, telefon danışığı, ailəsi ilə görüş hüquqlarının pozulması ilə bağlı müraciət etmişdi. Həmin vaxt məhkəmə şikayəti təmin etməmişdi.

Bakı Apelyasiya Məhkəməsi də bu günkü qərarında aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəkil Cavad Cavadovun verdiyi məlumata görə, aprelin 24-də məhkəmə tibb ekspertizası Taleh Bağırova işgəncə verilib-verilməməsinin araşdırılması üçün Bakı İstintaq təcridxanasına gedib. Araşdırmanın gec aparılmasına etiraz olaraq Taleh Bağırov ekspertizadan imtina edib.

İlahiyyatçı Taleh Bağırov martın 31-də tutulub. Aprelin 2-də Sabunçu Rayon Məhkəməsi onun haqqında iki aylıq həbs qərarı çıxarıb.

O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur. Ancaq müdafiə tərəfi ittihamı qəbul etmir, həbsin sifarişli olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG